Pressa.az » Ölkə » Tuneldə qəza, partlayış təhlükəsi yarandı - Video

Tuneldə qəza, partlayış təhlükəsi yarandı - Video

16 oktyabr 2024, Çərşənbə, 10:48
Tuneldə qəza, partlayış təhlükəsi yarandı - Video

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobilinin qəza etməsi nəticəsində ətrafa dağılan yanacaq yanğın-partlayış təhlükəsi yaradıb.

Liderxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri qəza yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb.[media=https://www.youtube.com/watch?v=PmXq0254D-w]