Pressa.az » Ölkə » İki nəfərin batdığı tunel hələ də suyun altındadır

İki nəfərin batdığı tunel hələ də suyun altındadır

22 oktyabr 2024, Çərşənbə axşamı, 15:20
İki nəfərin batdığı tunel hələ də suyun altındadır

Sabunçu rayonu Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Liderxeber.az xəbər verir ki, əraziyə FHN-in texnikası və dalğıclar cəlb edilib.

Tuneldə boğulduğu ehtimal edilən iki şəxsin tapılması istiqamətində işlər davam etdirilir.