Pressa.az » Ölkə » Bir sıra rayonlarda qar yağır - FAKTİKİ HAVA

Bir sıra rayonlarda qar yağır - FAKTİKİ HAVA

04 noyabr 2024, Bazar ertəsi, 09:00
Bir sıra rayonlarda qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.

Noyabrın 4-ü saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub. Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır.

O qeyd edib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-də 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir.

"Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb.

Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək", - deyə açıqlamada qeyd olunub.