Cəlilabadda payızlıq kartofun yığımı başlayıb
Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib.
Liderxeber.az-ın məlumatına görə, ayrı-ayrı kəndlərdə bu il payızlıq əkin olaraq 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub.
Fermerlər bildirirlər ki, hazırda məhsulu əkin sahəsindən 40-50 qəpiyə satırlar. Satılan məhsul əsasən paytaxt bazarlarına göndərilir.
Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.
Oxşar Xəbərlər:
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 oktyabr 2024, Cümə axşamı
Cəlilabadda pambıq yığımı başlayıb, məhsuldarlığın ötən ilə nisbətən artacağı proqnozlaşdırılır