“YAP-ın Nərimanov təşkilatının yaranmasında bir əsgər kimi iştirakımla fəxr edirəm” - Təmraz Tağıyev
“21 noyabr 1992-ci ildən bizi 32 illik vaxt ayırır. 32 il bundan öncə ölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasına, bir növ, səbəb oldu. Bu yaranma səbəblərindən biri isə xalqın istək və arzusu oldu. Müstəqilliyimizin ilk ilində çətin və gərgin günlərlə üz-üzə qalan Azərbaycan nicat yolunu məhz Heydər Əliyevin simasında görürdü”.
Liderxeber.az xəbər verir ki, bu fikirləri 22 il YAP-ın Nərimanov rayon təşkilatının sədri olmuş Təmraz Tağıyev bildirib.
O qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycanın sayılan-seçilən, dəyərli ziyalıları, ölkənin gələcəyini düşünən insanlar məhz buna görə ulu öndərə müraciət ünvanlamışdılar: “Prezident İlham Əliyevin sözləri ilə desək, “partiyamızın yaranması tarixi hadisə idi”. Bəli, 32 illik bir dövr ərzində ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə YAP onlarla qərara imza ataraq ölkəmizin inkişafına xidmət edən yeni tarixi səhifələr yaratdı.
Respublikamızın sosial-mədəni, siyasi-iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında məhz həmin günün müstəsna rolunun olması danılmaz faktdır. Ulu öndər əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi bu çətin və gərgin günlərdən çıxarmış oldu”.
T. Tağıyev əlavə edib ki, YAP yarandığı gündən xalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətinin əsası meyarına çevirə bildi. Sözlə əməlin vəhdəti, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında mühüm rol oynadı: “Ötən müddət ərzində Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirməkdədər. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə, çəkiyə və nüfuza sahib olan ölkə kimi tanınır. Və bu uğurlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi hesab edilir. Hazırda ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi bu siyasi çəkinin bariz nümunəsidir”.
T.Tağıyev vurğulayıb ki, bu gün fəxr ediləsi məqam bir də ondadır ki, ulu öndərin Qarabağın erməni işğalçılarından azad edilməsi ilə bağlı arzularını həyata keçirən möhtərəm Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycanı regionun aparıcı və qüdrətli dövlətinə çevrilib: “Mənim isə, 1992-ci ilin aprel ayında Milli Məclisin qarşısında “121-ci maddənin 2-ci bəndinin, “Yaş senzi” ilə bağlı keçirilən mitiniqdə iştirakımdan başlayaraq bütün siyasi fəaliyyətim bu günədək Vətənimə, dövlətimə və ulu öndərin qurub yaratdığı Azərbaycanın inkişafına yönəlib. Bu gün YAP-ın Nərimanov rayon təşkilatının yaranmasında bir əsgər kimi iştirakımla fəxr edirəm”.