Pressa.az » Ölkə » Əkinçilik ET İnstitutunun əməkdaşları qida sərgisində iştirak ediblər

Əkinçilik ET İnstitutunun əməkdaşları qida sərgisində iştirak ediblər

25 noyabr 2024, Bazar ertəsi, 11:40
Əkinçilik ET İnstitutunun əməkdaşları qida sərgisində iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Kimya texnologiya” fakültəsinin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının təşkilatçılığı ilə “Nəzəriyyədən təcrübəyə-2024” mövzusunda qida məhsullarının sərgisi keçirilib.

Liderxeber.az xəbər verir ki, sərgidə “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrdən ibarət 10 komandanın hazırladığı müxtəlif çeşiddə qida məhsulları təqdim edilib.

Sərginin açılışında çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov universitetdə artıq 2-ci dəfə qida sərgisinin keçirilməsində kafedranın təşəbbüsünü yüksək qiymətləndirib və “Qida mühəndisliyi” ixtisasında tədrisin təcrübə ilə vəhdətinin tələbələr üçün xüsusi önəmini qeyd edib.

“Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri professor Fariz Əmirli belə sərgilərin tələbələrin ixtisasını dərindən mənimsəmələrində mühüm rol oynadığını deyib. Sonra əməkdaşlıq oluna biləcək istiqamətlər və digər bu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Sərgidə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) əməkdaşları Sevil Abbasquliyeva, Nərgiz Useynova və Gülnarə Kərimova iştirak ediblər. 

Sonra komandaların hazırladığı qida məhsulları sərgisinə baxış keçirilib.