Milli Məclisdə diplomsuz işləyən estetik cərrahlarla bağlı problem gündəmə gətirildi

"Diplomsuz işləyən estetik cərrahlara icazəni kim verir?"
Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
"Dünən saytların birində oxudum ki, guya estetik cərrahdır, qaynı arvadını əməliyyat edib və vəziyyət dəhşətli dərəcədə faciəyə doğru gedir. Həm də qaynı arvadını ikinci dəfədir ki, bu cür ölümcül vəziyyətə düçar edib. Özü də yazılıb ki, bu adamın tibbi təhsili yoxdur. Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! Buna icazə verilirmi?! Xahiş edirəm, həm səhiyyə naziri, həm də TƏBİB-in rəhbəri bu məsələyə diqqət eləsin", - deyə S.Salahlı bildirib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb

30 sentyabr 2024, Bazar ertəsi
VII çağırış Milli Məclisin ilk plenar iclası başlayıb, komitə üzvləri seçiləcək

17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

27 may 2024, Bazar ertəsi
Milli Məclisin yaz sessiyasında son plenar iclasının vaxtı və gündəliyi açıqlanıb