Kəmaləddin Heydərov rəisi işdən çıxardı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Elçin Rasim oğlu Ələsgərov vəzifəsindən azad olunub. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Nazirin digər əmri ilə mayor Fərman Telman oğlu Bayramov Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib. Fərman Bayramov bu təyinatadək Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı