İçərişəhərdə yerləşən bəzi mənzillər təmir olunacaq

İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.
Liderxeber.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.
Belə ki, İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 105 886 AZN-ə başa gələcəyini proqnozlaşdırıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

28 sentyabr 2023, Cümə axşamı
Prezident İlham Əliyev Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub

17 aprel 2023, Bazar ertəsi
"Formula 1"-in keçiriləcəyi yollar aprelin 24-dən bağlanacaq, hərəkət mayın 2-dən bərpa olunacaq