Azərbaycan gələn il İƏT-in Zirvə görüşünə ev sahibliyi edə bilər

Azərbaycan növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi etmək niyyətindədir.
Liderxeber.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclasında çıxışı zamanı bildirib.
C.Bayramov bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyini diqqətə çatdırıb.
Nazir 2024-cü ildə təşkilata sədrliyinə, habelə İƏT Nazirlər Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İrana təşəkkür edib, təşkilata növbəti il sədrlik edəcək Qazaxıstana uğurlar arzulayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 dekabr 2024, Çərşənbə axşamı
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının 28-ci iclasında çıxış edib, “Məşhəd Kommünikesi” qəbul olunub - YENİLƏNİB-2

06 noyabr 2024, Çərşənbə
İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM