Pressa.az » Ölkə » Saca Faruq Abdullah: "Gənc qızların təhsilinə erkən yaşda sərmayənin qoyulması vacibdir"

Saca Faruq Abdullah: "Gənc qızların təhsilinə erkən yaşda sərmayənin qoyulması vacibdir"

05 dekabr 2024, Cümə axşamı, 13:27
Saca Faruq Abdullah: "Gənc qızların təhsilinə erkən yaşda sərmayənin qoyulması vacibdir"

"İqlim dəyişmələrinin ən çox diqqətdənkənar qalan məsələlərindən biri təhsilə təsirlə bağlıdır. Daşqınlar, hava şəraitinin kəskin dəyişməsi uşaqların təhsilinə müəyyən əngəllər yaradır".

Liderxeber.az xəbər verir ki, bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.

O bildirib ki, gənc qızların təhsilinə erkən yaşda sərmayənin qoyulması vacibdir.

Qonaq qeyd edib ki, planetdə baş verən hadisələr uşaqların gələcəyinə böyük təsir göstərəcək:

"Çünki iqlim dəyişikliyi ilə bağlı xəstəliklərin 88 faizi beş yaşından aşağı uşaqların payına düşür. İqlim problemləri yönündə nəzərdə tutulan maliyyənin isə cəmi 2.4 faizi uşaqlarla bağlı yaranan məsələlərin həllinə ayrılıb".