Bakıda Türk Ticarət Mərkəzi açılıb

Bu gün Bakıda Türk Ticarət Mərkəzinin açılışı olub.
Liderxeber.az xəbər verir ki, Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklər təqdim edən restoranlar var.
Əsas məqsədlərindən biri Türkiyədən gələn iş adamlarına rahat fəaliyyət göstərmələrinə şərait yaratmaqdır.
Tezliklə Mərkəzdə "Türk Obası" da istifadəyə veriləcək. Türk dövlətləri burada iqtisadi imkanlarını birləşdirə biləcək.
Növbəti mərhələdə Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra Şimali Kiprdə istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəz həmçinin türk dövlətlərindən olan iş adamlarına beynəlxalq bazarlara çıxış imkanı təqdim edəcək.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

06 noyabr 2024, Çərşənbə
İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib

24 sentyabr 2024, Çərşənbə axşamı
“Yango Azerbaijan” Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib