Pressa.az » Ölkə » Gələn il Füzuli şəhərinə məcburi köçkünlər qayıdacaq

Gələn il Füzuli şəhərinə məcburi köçkünlər qayıdacaq

12 aprel 2023, Çərşənbə, 12:09
Gələn il Füzuli şəhərinə məcburi köçkünlər qayıdacaq

2024-cü ildə Füzuli şəhərinə ilk köç planlaşdırılır.

LiderXəbər xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.

"Bu istiqamətdə çox ciddi işlər aparılır. Məcburi köçkünlərin qayıtması üçün digər layihələrin icrası sürətləndirilməlidir", - deyə o qeyd edib.

Bundan başqa, sədr müavininin sözlərinə görə, qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın tikintisinə başlanılacaq: "Təhsil Nazirliyi isə peşə liseyinin tikintisinə başlayacaq. 2024-cü ildə minimum yaşayış şəraiti yaratmalıyıq. Bu hədəflə işlərimiz davam edir".