Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır

Sabah bələdiyyə seçkisi ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatır.
Liderxeber.az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatmalıdır.
Beləliklə, 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkisi ilə əlaqədar bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək müəyyən edilib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

01 avqust 2024, Cümə axşamı
Sabah deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatır

02 avqust 2024, Cümə
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır