Laçın istiqamətində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Liderxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Qeyd edək ki, ötən gün də Ermənistan silahlı qüvvələri Laçının Zabux və Cağazur yaşayış məntəqələrini atəşə tutub.
Oxşar Xəbərlər:

06 yanvar 2025, Bazar ertəsi
MN: Son günlər Ermənistan Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atəşə tutub

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib