AZAL hava məkanının bağlanmasına görə bugünkü Bakı-Kazan reysini ləğv edib

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.
Bu barədə Liderxeber.az AZAL-dan bildirilib.
Qeyd edilib ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.
Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

30 dekabr 2024, Bazar ertəsi
AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir

20 iyun 2023, Çərşənbə axşamı
AZAL: Bakı-Naxçıvan reysləri üzrə bütün sərnişinlər aviabiletlə təmin olunacaq