Dumanlı hava bu vaxtadək davam edəcək

Azərbaycanda dumanlı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Lİderxeber.az-a verilən məlumata əsasən, xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.
“Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”, - deyə Gülnarə Abbasova qeyd edib.
Oxşar Xəbərlər:

29 fevral 2024, Cümə axşamı
Martda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir - AYLIQ PROQNOZ