Biləsuvarda 2 avtomobil toqquşdu - 5 yaralı var - Foto

Biləsuvar rayo nunda ağır yol-nəqliyyat qəzası baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralından rayonun Əsgərabad kəndinə giriş hissəsində qeydə alınıb.
Belə ki, “Vaz 2115” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 5 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.