Azərbaycanda “Sürətli Keçid Kartı”nın balansını onlayn artırmaq mümkün olub

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın balansını onlayn artırmaq mümkün olub.
Liderxeber.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, prosedur aşağıdakı kimidir:
1. www.odenisliyol.az rəsmi internet səhisəsinə daxil olun.
2. "Balans artırma" bölməsini seçin.
3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş.
4. "Mənim səhifəm" bölməsindən "Etiket vəziyyəti" alt bölməsinə keçid edin.
5. "Balans artırma" bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.
Kartın balansını satış məntəqələrində də artırmaq mümkündür.
Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.
Xatırladaq ki, “Sürətli Keçid Kartı”nı aşağıdakı satış məntəqələrindən əldə etmək mümkündür:
• Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı ASAN xidmət mərkəzləri.
• Sumqayıt şəhəri 2 saylı ASAN xidmət mərkəzi.
• Quba ASAN xidmət mərkəzi.
• Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələri.
“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.
“Sürətli Keçid Kartı”nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.odenisliyol.az rəsmi internet səhisəsindən tanış olmaq mümkündür.
“Sürətli Keçid kartı” nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.
Oxşar Xəbərlər:


