Qarlı havada 55 nəfər xəsarət alıb - YENİLƏNİB

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 55 nəfər müraciət edib.
Bu barədə Liderxeber.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
2 nəfərə cərrahi müalicə tətbiq olunub.
***
12:08
Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB-dən Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 1 nəfər isə hospitalizasiyadan imtina edib.
***
10:22
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.
Bu barədə Liderxeber.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
2 nəfərə cərrahi müalicə tətbiq olunub.
Oxşar Xəbərlər:


