“Natiq Əliyev” tankeri Qara dənizdə yük gəmisi ilə toqquşub

Qara dənizdə Novorossiyk limanında “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.
Liderxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bölgənin fövqəladə hallar xidmətinin məlumata görə, onlardan birinə cüzi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan yoxdur.
“Qara dənizdə lövbərdə “Natiq Əliyev” gəmisi hava şəraiti ilə əlaqədar “Begonia S” gəmisi ilə toqquşub. Nəticədə “Begonia S” gəmisinin pruvasına cüzi ziyan dəyib. Ölən və ya xəsarət alan olmayıb, ətraf mühitin çirklənməsi müşahidə edilməyib”, - agentliyin mənbəsi bildirib.
Rusiyanın Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin məlumatına görə, gəmilərdə neft sızma təhlükəsi yoxdur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

20 iyun 2024, Cümə axşamı
"Dəniz nəqliyyatında insan resurları və gəmi heyətinin idarəolunması" mövzusunda konfrans keçirilib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO