Pressa.az » Səhiyyə » Çörəyin qiyməti ucuzlaşacaq? - Hamının gözlədiyi açıqlama

Çörəyin qiyməti ucuzlaşacaq? - Hamının gözlədiyi açıqlama

25 iyul 2024, Cümə axşamı, 19:01
Çörəyin qiyməti ucuzlaşacaq? - Hamının gözlədiyi açıqlama

"Azərbaycanda onun qiymətində azalmalar müşahidə edilir və qiymət azalmaları topdansatış qiymətlərində özünü göstərməkdədir. Belə ki, 50 kq unun qiymətində orta hesabla iki manata yaxın azalma var".

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O əlavə edib ki, əgər unun qiymətindəki azalmalar uzunmüddətli olarsa, yenidən hər hansı qiymət dəyişikləri baş verməsi bu çörəyin qiymətinə təsir göstərə bilər:

"Hələlik qiymət azalmaları yeni baş verib və qiymət azalmalarının hansı müddəti əhatə etməsi çörəyin qiymətinə təsir göstərəcək.
Amma əgər iqtisadi baxımdan unun qiymətindəki azalmalar davam edərsə, bu pərakəndə olaraq xərclərin azalması və çörəyin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər".