Birinci müavin o oldu - İlk dəfə
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub.
Liderxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Rəşad Sahil oğlu İsmayılov gətirilib. Yeni müavin bu gün nazirliyin kollektivinə təqdim edilib. O, bu təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində birinci müavin postu yaradılıb. Bununla da nazir müavinlərinin sayı 4-ə çatıb.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı