Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya edib

Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb

17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb