Pressa.az » Siyasət » Anar Bayramov özünə yeni müşavir təyin etdi

Anar Bayramov özünə yeni müşavir təyin etdi

14 aprel 2025, Bazar ertəsi, 17:14
Anar Bayramov özünə yeni müşavir təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova yeni müşavir təyin olunub.

Liderxeber.az xəbər verir ki, bu vəzifəyə Bahadur Rzayev gətirilib. Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Bahadur Rzayev 7 ay əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri vəzifəsindən azad olunaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti sədrinin müşaviri təyin olunmuşdu.