Pressa.az » Siyasət » “Bu gün Tbilisidə üçtərəfli görüş olacaq” - Ermənistan XİN - Yenilənir

“Bu gün Tbilisidə üçtərəfli görüş olacaq” - Ermənistan XİN - Yenilənir

17 aprel 2025, Cümə axşamı, 12:32
“Bu gün Tbilisidə üçtərəfli görüş olacaq” - Ermənistan XİN - Yenilənir

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırır.

Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb. 

Bildirilib ki, görüşdə regional əməkdaşlıq məsələlərinin müzakirə edilməsi gözlənilir.

***

“Sputnik Gürcüstan”ın məlumatına görə, Tbilisidə üçtərəfli görüş başlayıb.

Danışıqlarda Azərbaycan tərəfini Elnur Məmmədov, Gürcüstanı Laşa Darsaliya, Ermənistanı isə Vahan Kostanyan təmsil edir.