Pressa.az » Siyasət » Belarus Baş naziri Azərbaycana gəlir

Belarus Baş naziri Azərbaycana gəlir

05 may 2025, Bazar ertəsi, 09:19
Belarus Baş naziri Azərbaycana gəlir

Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yola düşüb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “BELTA” agentliyi yayıb. 

Bildirilib ki, Turçin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, eləcə də azərbaycanlı həmkarı Əli Əsədovla görüş keçirəcək.

Bununla yanaşı, Turçinin işğaldan azad edilmiş ərazilərə səfəri də planlaşdırılır.