Pressa.az » Siyasət » Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

20 may 2025, Çərşənbə axşamı, 14:02
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gedib.

Liderxeber.az xəbər verir ki, paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.