Prorektor rüşvətə görə işdən çıxarılıb? - Açıqlama

Gəncə Dövlət Universitetinin (GDU) Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun korrupsiya iddiaları əsasında vəzifədən azad edildiyi barədə məlumat yayılıb.
Universitetdən Liderxeber.az-a bildirilib ki, prorektor işdən öz istəyi ilə çıxıb.
“O, professor elmi adını almaq üçün bu qərarı verib. Şahin Xurşudov, həmçinin tədris fəaliyyətini davam etdirir. Hazırda o, İqtisadiyyat fakültəsində yarımştat müəllim kimi fəaliyyət göstərir. Yayılan korrupsiya iddiaları əsassızdır”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Şahin Nadir oğlu Xurşudov Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə 2022-ci ilin mart ayında təyin edilmişdi.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı