Azərbaycanla Oman bu şəxslər üçün vizanı ləğv etdi
Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejiminin qarşılıqlı ləğv edilməsi haqqında Saziş imzalayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
“Bu, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində növbəti addımdır”, - paylaşımda deyilir.
Qeyd edək ki, hər iki ölkə arasında həmçinin konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu da imzalanıb.

Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
29 noyabr 2024, Cümə
Komitə sədri: Xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar
