Pressa.az » Siyasət » Səudiyyə Ərəbistanının kralı və baş naziri Azərbaycan Prezidentini təbrik ediblər

Səudiyyə Ərəbistanının kralı və baş naziri Azərbaycan Prezidentini təbrik ediblər

04 noyabr 2025, Çərşənbə axşamı, 17:35
Səudiyyə Ərəbistanının kralı və baş naziri Azərbaycan Prezidentini təbrik ediblər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Liderxeber.az bildirir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

Qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək istəyimizi bir daha bəyan edirik.

Zati-alinizə salamlarımızı və ehtiramımızı çatdırırıq".

Həmçinin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik etməkdən və səmimi arzularımı çatdırmaqdan çox məmnunam.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq diləyirəm.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".