Prezident Fərman imzaladı
“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 22 may 2020-ci il tarixli Fərmanında dəyişiklik edilib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.
Fərmana əsasən, Zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin yerquruluşu planı da nəzərə alınacaq.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
28 iyun 2024, Cümə
Milli Məclis Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qaydanı qəbul edib
15 aprel 2024, Bazar ertəsi
Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək
