Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Adil Ələsgər oğlu Abdullayeva;
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Fərhad Nəriman oğlu Səmədova;
polkovnik Seymur Taleh oğlu Qaraşova;
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova verilib.
