Pressa.az » Siyasət » İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

02 fevral 2026, Bazar ertəsi, 16:47
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Liderxeber.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb.