Pressa.az » Siyasət » İlham Əliyev bu sazişi təsdiqlədi

İlham Əliyev bu sazişi təsdiqlədi

10 fevral 2026, Çərşənbə axşamı, 15:43
İlham Əliyev bu sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiq edilib.