Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.
F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.
Qeyd edək ki, G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılmışdı.
Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
