Pressa.az » Siyasət » Azərbaycanla Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq - Təsdiqləndi

Azərbaycanla Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq - Təsdiqləndi

28 aprel 2026, Çərşənbə axşamı, 14:24
Azərbaycanla Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq - Təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” təsdiq edilib.