Azərbaycanla İran arasında yeni sərhəd keçid məntəqəsi açılacaq
“Azərbaycan - İran sərhəddində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək”.
Liderxeber.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.
“Son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir. Bu yaxınlarda İranla sərhəddə “Ağbənd” keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır, işlər yaxın vaxtlarda yekunlaşacaq. Həmçinin piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq”, - komitə sədri bildirib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
27 mart 2025, Cümə axşamı
İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2
09 yanvar 2025, Cümə axşamı
Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb
