Pressa.az » Siyasət » Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ

Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ

30 iyul 2026, Cümə axşamı, 10:17
Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ

Milli Məclisin keçmiş deputatı Cəbi Quliyevə yüksək vəzifə verilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, C.Quliyev Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilib.

Qeyd edək ki, C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Cəbi Hüseyn oğlu Quliyev 1990-cı il avqustun 29-da Şahbuz rayonunun Gecəzur (hazırda Ağbulaq) qəsəbəsində anadan olub. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər bölməsində təhsil alıb.  

2020-2024-cü illərdə Milli Məclisin deputatı olub.