Həmin vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
“Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə siyahıya qurumun aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri, eləcə də“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin İdarə Heyətinin sədri və onun müavinləri, “Regional Su Meliorasiya” QSC-nin icraçı direktoru və onun müavinləri, “İri Şəhərlərin Su Təchizatı” QSC-nin icraçı direktoru və onun müavinləri daxil edilib.
Oxşar Xəbərlər:
05 iyun 2025, Cümə axşamı
Neftçalada su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 aprel 2024, Çərşənbə axşamı
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib
