Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, avqustun 10-u V.Sadıqov Azərbaycanın Belçikada, eyni zamanda Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılmışdı.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
