Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
“Azərbaycan vətəndaşının vizasız gedə biləcəyi ölkələrin sayı artıq 20-ni ötüb. Burada ümumvətəndaş pasportundan söhbət gedir”.
Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Səməd Seyidov bildirib.
“180 günün 90 günü çərçivəsində Azərbaycan vətəndaşı vizasız İordaniyada tam sərbəst qala bilir. Bu, böyük nailiyyətdir”, - deyə komitə sədri bildirib.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
29 noyabr 2024, Cümə
Komitə sədri: Xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar
