Pressa.az » Siyasət » MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

19 dekabr 2023, Çərşənbə axşamı, 16:09
MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

LiderXəbər xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.