Pressa.az » Siyasət » Fərid Şəfiyev: Fransanın Ermənistanla hərbi əməkdaşlığı bizi narahat edir

Fərid Şəfiyev: Fransanın Ermənistanla hərbi əməkdaşlığı bizi narahat edir

28 dekabr 2023, Cümə axşamı, 13:30
Fərid Şəfiyev: Fransanın Ermənistanla hərbi əməkdaşlığı bizi narahat edir

"Fransanın Ermənistanla hərbi əməkdaşlığı bizi narahat edir".

LiderXəbər xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, 30 il ərzində 99 faiz dağıntı Azərbaycan ərazilərində baş verib, Azərbaycan ərazilərinə hücum olub:

"Bizmi Ermənistana təcavüz etmişik? Bizmi onların ərazilərini dağıtmışıq? Ermənistan silahlanırsa, bunu düşünmək lazımdır. Son dövrlərdə silsilə məqalələr çıxır ki, guya Azərbaycan Zəngəzura hərbi müdaxilə etmək istəyir. Bunu etməkdə məqsəd tarixi silmək, Azərbaycanı təcavüzkar kimi göstərməkdir. Ermənistan guya demokratiya qurur və biz onların demokratiyasına təhlükə törədirik. Necə demokratdırlar ki, bir dəfə belə Xocalıda, digər ərazilərimizdə törətdikləri vəhşilikləri etiraf etməyiblər. Ermənistan bu formada özünü Qərb mətbuatına satmaq istəyir. Bu mənada Fransanın Ermənistana silah satması təhlükəlidir".