Sumqayıtda idmançıların tibbi müayinəsi artıq ödənişlidir – RƏSMİ AÇIQLAMA
Əvvəllər Sumqayıt şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserində tibbi yoxlanışdan keçən idmançılara xidmət ödənişsiz həyata keçirilirdi. Hazırda isə müəyyən kateqoriyalara aid idmançıların tibbi müayinəsi üçün ödəniş tələb olunur.
Məsələ ilə bağlı Liderxeber.az olaraq Sumqayıt şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinə müraciət etdik.
Dispanserin direktoru Aynur Süleymanova saytımıza açıqlamasında bildirdi ki, 28 iyul 2026-cı il tarixindən etibarən Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktiki İnstitutu publik hüquqi şəxs tərəfindən göndərilmiş qiymət cədvəlinə əsasən pullu xidmətlər göstərilir.
Onun sözlərinə görə, ödənişli xidmətlər Gənclər və İdman Nazirliyinin tabeliyində olmayan qurumların idmançılara şamil edilir. Müsahib bildirdi ki, sağlamlıq haqqında arayış əldə etmək üçün 18 yaşına çatmamış şəxslər 20 azn, 18 yaşdan yuxarı şəxslər isə 33 azn ödəməli olacaq.
Direktor qeyd edib ki, sözügedən ödənişli xidmət Milli yığma komandaların üzvlərinə şamil edilmir.
Bundan əlavə, şəhid ailələrinin üzvlərinə və qazilərə endirimli xidmətlər göstərilir.
Beləliklə, əvvəllər ödənişsiz həyata keçirilən tibbi müayinələrlə bağlı tətbiq edilən yeni qayda müəyyən kateqoriyalara aid idmançılar ödənişli xidmət mexanizminə keçirilib.
