Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
Bununla bağlı Liderxeber.az-ın sorğusuna cavab olaraq, Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na əsasən, yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.
Oxşar Xəbərlər:
16 sen 2024, 14:12
02 sen 2024, 07:00
12 avq 2024, 17:03
01 noy 2024, 15:16