ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.
Liderxeber.az xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.
İmzalanma mərasimi Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb.
Erməni mediasının məlumatına görə, sənədi yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası imzalayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövründə sazişin həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.
Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?