"Rus Evi" onun adından yayılan saxta sənədlərlə bağlı bəyanat yaydı

Bakıdakı "Rus Evi" sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək saxta sənədlər yayılması barədə açıqlama yayıb.
Liderxeber.az xəbər verir ki, "Rus Evi"nin "Facebook" hesabında edilən paylaşımda deyilir:
"Bakıdakı "Rus Evi" və "Rossotrudniçestvo"nun simvollarının qanunsuz mənimsənilməsi ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət, əsasən, guya Bakıda "Rus Evi"ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu "sənədlər" həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən material saxtadır".
Oxşar Xəbərlər:

11 iyun 2024, Çərşənbə axşamı
Təcavüzkarlar saxta bildirişlər göndərmək üçün Facebook funksiyalarından istifadə edirlər

10 iyul 2024, Çərşənbə
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məlumatları almaq asanlaşdırıldı

30 may 2024, Cümə axşamı
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH

07 yanvar 2025, Çərşənbə axşamı
Mərkəzi icra hakimiyyəti orqanlarının aldıqları qrantların reyestrinin aparılması qaydaları təsdiqlənib