İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının səbəblərindən danışdı

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb.
Liderxeber.az bununla bağlı AZƏRTAC məlumat yayıb.
Dövlətimizin başçısı deyib ki, uzun illərdir danışıqların aktiv mərhələsində olmasına baxmayaraq, Azərbaycanın hələ də Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının səbəbi proteksionizm, ikili standartlar, tariflərdir:
"Bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini xatırladan Prezident bildirib ki, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz qəbul olunarsa, proses daha da rəvan gedər".
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

14 oktyabr 2024, Bazar ertəsi
İlham Əliyev Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB