Pressa.az » Siyasət » İlham Əliyev Ərdoğanı təbrik etdi - Yenilənib

İlham Əliyev Ərdoğanı təbrik etdi - Yenilənib

26 fevral 2025, Çərşənbə, 16:09
İlham Əliyev Ərdoğanı təbrik etdi - Yenilənib

Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında telefon danışığı baş tutub.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası “X” hesabında paylaşıb.

Məlumata görə, söhbət zamanı Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. 

Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Ərdoğanı ad günü münasibətilə təbrik edib.

Qeyd edək ki, bu gün Türkiyə liderinin 71 yaşı tamam olur.

***

Azərbaycan Prezidentinin Mətbuat Xidməti də telefon danışığı ilə bağlı məlumat yayıb. 

Məlumatda deyilir:

“Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Dövlət başçıları ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar”.